Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu yüksəldib.
"Margin.az" xəbər verir ki, bu barədə OPEC-in aylıq neft bazarı hesabatında deyilir.
Məlumata görə, bu il qlobal neft tələbinin gündəlik 2 milyon 320 min barel artaraq 101 milyon 870 min barelə çatacağı gözlənilir. COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin ləğv edilməsilə Çində gözlənilən iqtisadi canlanma bu artımda təsirli olacaq.
- EIA: "Qlobal neft tələbatı üzrə artım tempi yavaşlayacaq"
-
BP: "OPEC-in qlobal neft hasilatındakı payı 65%-ə yüksələcək"
Bundan əlavə, qlobal neft tələbinin bu ilin birinci rübündə gündəlik 1 milyon 900 min barel artacağı proqnozlaşdırılır. Hesabata əsasən, ötən ay qlobal neft təklifi gündəlik 600 min barel artaraq təxminən 101 milyon 700 min barelə yüksəlib.
OPEC-in yanvar ayında gündəlik xam neft hasilatı isə 49 min barel azalaraq 28 milyon 880 min barel olub. Beləliklə, OPEC-in qlobal neft hasilatındakı payı 28,4% təşkil edib.