“OPEC”: Qlobal neft tələbi azalacaq

"OPEC" gələn il gündəlik qlobal neft tələbinin artım tempinin 4,15 mln. barel olacağını proqnozlaşdırır.
“OPEC”: Qlobal neft tələbi azalacaq
13 Oktyabr-16:31

Qlobal neft tələbinin artım tempi 5.82 mln. barel təşkil edəcək ki, bu da əvvəlki proqnozla müqayisədə 0,14 mln. barel azdır.

"Margin.az" xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) aylıq hesabatında qeyd olunub.

Məlumata görə, bu il qlobal gündəlik neft tələbi 96,6 mln. barel səviyyəsində olacaq. Bu da ötən proqnoza nisbətən 0.08% azdır.

"OPEC" gələn il gündəlik qlobal neft tələbinin artım tempinin 4,15 mln. barel olacağını proqnozlaşdırır ki, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir. Qurum gələn il qlobal gündəlik neft tələbinin 100,76 mln. barel səviyyəsində olacağı gözləyir. Daha əvvəlki proqnoz isə 100,83 mln. barel olub.

Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbi 90,62 mln. barel olub.