“OPEC”ə üzv olmayan ölkələrin neft hasilatı azalacaq

“OPEC”ə üzv olmayan ölkələrin neft hasilatı azalacaq
13 Oktyabr-16:51

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) üzvü olmayan ölkələrdə gündəlik neft hasilatının bu il 63,64 milyon barel olacağı proqnozlaşdırılır ki, bu da ötən proqnozla müqayisədə 210 min barel azdır

"Margin.az" xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) aylıq hesabatında qeyd olunub.

Hesabata görə, gələn il "OPEC"ə üzvü olmayan ölkələrdə gündəlik neft hasilatının 66,66 milyon barel olacağı gözlənilir, bu, ötən proqnoza nisbətən 130 min barel azdır.

Məlumata görə, proqnozun endirilməsində səbəb gündəlik neft hasilatının avqust ayında 0,6 milyon barel azalması ilə bağlıdır.