OPEC: "Aİ Rusiyadan neft almağa davam edəcək"

OPEC:
01 Noyabr-17:28

Avropa İttifaqı ölkələri orta və uzunmüddətli perspektivdə Rusiyadan neft idxal etməyə davam edəcəklər. Lakin tədarük həcmi 2021-ci il səviyyəsindən xeyli aşağı olacaq.

"Margin.az" xəbər verir ki, bu barədə OPEC-in Dünya Neft Görünüşü hesabatında qeyd olunub.

Hesabata görə, 2045-ci ilədək dünyada neft və qaz kondensatının tədarük həcmi 20% artaraq gündəlik 40,5 milyon barel olacaq. Məlumata əsasən, 2045-ci ilə qədər Asiya-Sakit Okean regionu ölkələrində neft tədarükü ciddi şəkildə artacaq.