"Enerji bazarlarında dalğalanmaların qarşısını almaq üçün qlobal neft sektoruna investisiyalar iki dəfə artırılmalıdır".
"Margin.az" xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Heysəm Əl-Qais BƏƏ-nin "WAM" xəbər agentliyinə müsahibəsində bildirib.
- OPEC: "Neft dünyada ən çox tələb olunan yanacaq növü olaraq qalacaq"
-
OPEC: "Neft bazarında böhranın qarşısını almaq üçün lazımi anda hərəkət etdik"
"Qlobal neft sektorunun təxminən 12 trilyon dollar dəyərində investisiyaya ehtiyacı var. Əgər, sərmayələrlə bağlı addımlar atılmazsa, nəticələr hazırkı qlobal enerji böhranından daha ağır ola bilər.
Keçən illərdə sektorda ən çox rast gəlinən çətinliklər arasında neft bazarlarında baş verən dalğalanmalar və tələb-təklif balansının pozulması var", - o, vurğulayıb.