OPEC neft tələbi ilə bağlı proqnozunu endirib

OPEC neft tələbi ilə bağlı proqnozunu endirib
14 Noyabr-17:03

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu gündəlik 0,1 milyon barel azaldaraq 2,5 milyon barelə endirib.

"Margin.az" xəbər verir ki, bu barədə qurumun aylıq hesabatında qeyd olunub.

Məlumata görə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olan ölkələrdə neftə tələb bu il gündəlik 1,3 milyon barel artaraq 46,1 milyon barel olacaq. İƏİT-ə daxil olmayan ölkələrdə neft istehlakı isə gündəlik 1,3 milyon barel artaraq 53,5 milyon barelə çata bilər.

OPEC, həmçinin gələn il üçün qlobal neft tələbinin artımı ilə bağlı proqnozunu gündəlik 0,1 milyon barel azaldaraq 2,2 milyon barelə endirib. Bildirilib ki, qlobal iqtisadiyyatdakı qeyri-müəyyənlik və pandemiya ilə bağlı amillər gələn il neft istehlakının azalmasına səbəb ola bilər.