Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda bu il üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.
Bu barədə "Margin.az" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
-
Azərbaycan "OPEC plus"un neft bazarının tənzimlənməsinə dair mövqeyi ilə həmrəydir
-
OPEC Azərbaycanda maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb
Məlumata görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı orta hesabla 700 min barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 21 min barel azdır.
Hesabata əsasən, 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 800 min barel olacaq. Bu da öncəki proqnozla müqayisədə 10 min barel çoxdur.