OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

OPEC qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
14 Dekabr-17:53

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2022-2023-cü illər üçün gündəlik qlobal neft tələbi ilə bağlı proqnozunu azaldıb.

"Margin.az" OPEC-in aylıq hesabatına istinadən xəbər verir ki, bu il qlobal gündəlik neft tələbinin 99,56 milyon barel olacağı gözlənilir. Bu da əvvəlki proqnozla müqayisədə 20 min barel azdır. Bununla da, bu il neft tələbinin artım tempi 2,55 milyon barel olacaq.

Məlumata görə, bu il qlobal gündəlik neft tələbi 101,8 milyon barel olacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 20 min barel azdır. Belə ki, 2023-cü ildə neft tələbinin artım tempi isə 2,25 milyon barel olacaq.