Azərbaycanın valyuta ehtiyatlarında 2016-cı ildən etibarən müşahidə olunan artım 2022-ci ildə də davam edib.
"Margin.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi Hesabatı"na istinadən xəbər verir ki, artım həm Dövlət Neft Fondunun vəsaitləri, həm də AMB-nin valyuta ehtiyatları hesabına baş verib.
- Banklardan istehlak krediti götürənlərin 15%-i təqaüdçülər olub
-
Ən ucuz istehlak krediti verən banklar hansılardır?
Hesabata görə, Mərkəzi Bankın valyuta ehtiyatları 2022-ci ildə 27% artaraq 9 mlrd. ABŞ dollarına çatıb. Bu son 5 ilin ən yüksək illik artım tempidir. Bütövlükdə, ötən il ərzində ölkənin valyuta ehtiyatları son illərin ən yüksək həcminə çatıb.