Pandemiya dövründə əhalinin gəlirləri 40% azalıb

Pandemiya dövründə Azərbaycanda həm kişi, həm də qadınların orta hesabla 79%-nin maddi vəziyyəti  pisləşib.
Pandemiya dövründə əhalinin gəlirləri 40% azalıb
03 Avqust-17:43

Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) araşdırmasına əsasən, respondentlərin bütün mənbələrdən orta illik gəliri 2019-cu ilə nisbətən 2020-ci ildə 40% civarında azalıb.

"Margin.az" xəbər verir ki, bu barədə  qurumun Azərbaycanda mikro və kiçik bizneslərə təsirini daha dərindən araşdırmaq məqsədi ilə apardığı tədqiqat layihəsində qeyd olunub.

Respondentlərin əsas narahat edən məsələ işləmək və gəlir əldə etmək imkanı və ailələrinin sağlamlıq durumu olub. Diqqəti cəlb edən məqam işləmək və gəlir əldə etmək imkanı ilə bağlı narahatlığın artan tendensiya ilə davam etməsi olub. Belə ki, 2020-ci ilin dekabr ayında respondentlərin yalnız 43,1%-i bu istiqamətdə öz narahatlıqlarını ifadə etdikləri halda 2021-ci ilin yanvar və fevral aylarında bu göstərici müvafiq olaraq 60,8% və 64,9%-ə yüksəldib  ki, bu da gəlir əldə etmənin mikro və kiçik sahibkarlar üçün əsas problem olaraq qalmasını göstərir.