Pandemiyadan zərər çəkən sahibkarlara 34,3 mln. manat subsidiya ödənilib

Pandemiyadan zərər çəkən sahibkarlara 34,3 mln. manat subsidiya ödənilib
26 Sentyabr-12:06

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2020-ci ilin iyun ayından bu il sentyabrın 1-dək Azərbaycanda dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 milyon manat olan 2 630 müraciətinə 291,8 milyon manat zəmanət verib.

"Margin.az" xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov bildirib.

"Zəmanət verilmiş kreditlər üzrə sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib", - o deyib.