Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında "Paşa Həyat Sığorta" şirkətinin hesabına 343,1 milyon manat sığorta haqqı yığılıb.
"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,3% və ya 83,3 milyon manat çoxdur.
Məlumata görə, bununla da "Paşa Həyat Sığorta" sektorunun ən çox yığım edən şirkəti olub.
Əlavə edək ki, hesabat dövründə şirkətin sığorta ödənişləri isə 181,3 milyon manat məbləğində olub.