Azərbaycanda avtomobillə sərnişin daşımaları 27% artıb

Azərbaycanda avtomobillə sərnişin daşımaları 27% artıb
24 Oktyabr-13:26

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə bu ilin yanvar-sentyabr aylarında 90 mln. ton yük, 1013,4 mln. sərnişin daşınıb.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə daşımalar üzrə müvafiq olaraq 11,9% və 27,1% artım qeydə alınıb.

Sərnişinlərin 94%-i avtobus, 6%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Hesabat dövründə yük dövriyyəsi 22,3%, sərnişin dövriyyəsi isə 26,2% artıbdır.