Azərbaycanda sərnişin daşımaları 37%-dən çox artıb

Azərbaycanda sərnişin daşımaları 37%-dən çox artıb
16 Noyabr-16:17

Azərbaycanda bu ilin yanvar-oktyabr ayları ərzində yük və sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 12,6% və 37,4% artıb.

"Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 176,7 mln. ton yük və 1318,2 milyon sərnişin daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 68,3 milyon ton yük, 777 milyon sərnişin daşınıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,3% və 23,6% çoxdur.

Yüklərin 57%-i avtomobil, 30,5%-i boru kəməri, 8,7%-i dəmir yolu, 3,6%-i dəniz, 0,2%-i isə hava nəqliyyatı ilə daşınıbdır. Sərnişinlərin 86,9%-i avtomobil, 12,7%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıbdır.