"Pensiya məbləğindəki artım inflyasiya deyil, orta aylıq əmək haqqındakı artım faizə uyğunlaşdırılıb. Kartlara köçürülən pensiya məbləği illik orta aylıq əmək haqqına uyğunlaşdırılır. Bu o deməkdir ki, 2022-ci ildə respublika üzrə orta aylıq əmək haqqı neçə faiz artıbsa, həmin faizə uyğun olaraq 2023-cü ilin yanvarından etibarən pensiya məbləğləri artırılır".
"Margin.az" xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov "ARB24" telekanalının "İşgüzar Səhər" proqramının efirində bildirib.
Deputat qeyd edib ki, yanvardan etibarən pensiyalar 15 faiz artırılacaq:
"Əgər vətəndaş bu günə qədər 300 AZN pensiya alırdısa, həmin pensiya 15% artaraq 345 manat olacaq. Eyni zamanda 500 manat pensiya alanlar isə 575 manat pensiya alacaqlar. Məbləğindən asılı olmayaraq əmək pensiyası alan bütün şəxslərin pensiyası artacaq".