Pensiyaların ödənişinə 4,1 mlrd. manat xərclənib

Pensiyaların ödənişinə 4,1 mlrd. manat xərclənib
21 Noyabr-11:48

Bu ilin yanvar-oktyabr aylarında pensiyaların ödənişinə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 270 mln. manat çox olmaqla 4 mlrd. 114 mln. manat vəsait yönəldilib.

"Margin.az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, 2022-ci ilin əvvəlindən yeni sosial islahat paketinin tərkib hissəsi kimi, minimum pensiya 20% artırılaraq 240 manata çatdırılıb.

Məlumata görə, pensiyaların növbəti dəfə indeksasiya nəticəsində artırılması təmin edilib, pensiya alanlara 2022-ci ilin əvvəlindən bu il üzrə 200 manat maddi yardım (hər rüb 50 manat olmaqla), qulluq stajına görə əlavələr alan pensiyaçılara da 2022-ci ilin əvvəlindən pensiyalarının 10 faizi qədər aylıq maddi yardım ödənilir. 1,2 mln. nəfər pensiyaçını əhatə edən bu artımlar üçün əlavə olaraq illik 440 mln. manat vəsait ayrılıb.