Peskov: "Rusiya Aİ-nin Qarabağ danışıqlarında vasitəçiliyini yüksək qiymətləndirir"

Peskov:
21 İyul-14:11

"Rusiya Avropa İttifaqı ölkələrinin Qarabağ danışıqlarında vasitəçilik səylərini yüksək qiymətləndirir".

“Margin.az” "TASS"a  istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə  açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilən üçtərəfli razılaşmanın reallaşması prosesi yaxşı gedir. O, Moskvanın əlavə vasitəçinin səylərinə qarşı olmadığını bildirib.

Eyni zamanda Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin həm İlham Əliyevlə, həm də Nikol Paşinyanla daim əlaqə saxlayır.