Qlobal iqtisadi yavaşlamanın yanacaq tələbini azaldacağı ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri bahalaşıb.
"Margin.az" xəbər verir ki, "Brent" markalı neftin fevral müqaviləsində bir barelin qiyməti 70 sent və ya 0,9% artaraq 77,87 ABŞ dolları olub.
WTI markalı neftin yanvar müqaviləsində bir barelin dəyəri isə 74 sent və ya 1% artaraq 72,75 ABŞ dolları olub.