"Prada"nın gəliri rekord səviyyəyə çatdı

10 Mart-17:22

"Prada" geyim brendinin ötən il gəliri rekord səviyyəyə - 4,2 milyard avroya çatıb. Bu göstərici 2021-ci ilə nisbətən 21% çoxdur.

"Margin.az" xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında qeyd olunub.

Məlumata görə, bu göstərici turizmin canlanması və şirkətin dəri məmulatları, hazır geyimləri və ayaqqabılarına tələbatın artması ilə bağlıdır. Hesabat dövründə şirkətin pərakəndə satışları 24% artıb. Satış xüsusilə, Avropada (63%) və Amerikada (22%) artıb.