Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb

Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb
23 Noyabr-21:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri noyabrın 23-də başa çatıb.

"Margin.az" xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülübdür.

Dövlətimizin başçısını Serbiya Prezidenti Aleksandar Vuçiç yola salıb.