Putin: "Sərhədlərin delimitasiyası Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan verəcək"

Putin:
23 Noyabr-19:15

"Ümid edirik ki, sərhədlərin delimitasiyası və humanitar məsələlərlə bağlı qərarlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan yaradacaq".

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda deyib.

O həmçinin qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə edib.