Qatardan istifadə edənlərin sayı 55%-dən çox artdı

Qatardan istifadə edənlərin sayı 55%-dən çox artdı
25 Fevral-13:00

Dəmir yolu nəqliyyatı ilə ötən ay 1,5 milyon ton yük, 478,5 min sərnişin daşınıb.

Bu barədə "Margin.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 19,8%, sərnişin daşınmasında isə 55,4% artım müşahidə edilib.

Orta hesabla sutkada 356 vaqon yüklənib, 380 vaqon isə boşaldılıbdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,6 min ton, Qərb istiqaməti üzrə 2,6 min ton, Cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilibdir.