Qazaxıstan Asiya-Sakit Okean Bankını 193 mln. dollara alıb

Qazaxıstan Asiya-Sakit Okean Bankını 193 mln. dollara alıb
17 Sentyabr-19:45

Rusiya Mərkəzi Bankının dəvət etdiyi dörd iştirakçıdan üçü- "Promsvyazbank", "Sovcombank", "Pioneer Capital Invest LLP" hərracda iştirak edib.

"Margin.az" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina açıqlayıb.

Onun sözlərinə görə, Qazaxıstandan olan bir investor Asiya-Sakit Okean Bankını alıb. Bank 14 milyard rubla (192.88 milyon dollar) satılıb.