“Qazprom”un bir əsrlik qaz ehtiyatı olacaq

Avropadakı yeraltı anbarlarda təbii qaz kəsiri 22,9 milyard kubmetrdir
“Qazprom”un bir əsrlik qaz ehtiyatı olacaq
17 Sentyabr-17:35

"Rusiya dünyanın ən böyük təbii qaz ehtiyatlarına sahibdir. Buna görə də "Qazprom" şirkəti önümüzdəki 100 il üçün kifayət qədər qaza sahib olacaq".

"Margin.az" xəbər verir ki. bu barədə "Qazprom" şirkətinin rəhbəri Aleksey Millerin açıqlayıb.

Onun sözlərinə görə, tədarük çatışmazlığı səbəbilə təbii qazın qiyməti ən yüksək həddə çatacaq: “Avropa və Asiya üzrə mütəxəssislər hesab edirlər ki, Avropanın yeraltı qaz anbarlarında olan çatışmazlığın ödənilməsi mümkün deyil. Avropadakı yeraltı anbarlarda təbii qaz kəsiri 22,9 milyard kubmetrdir”.