Rusiyanın aparıcı neft-qaz şirkəti "Qazprom"un ötən il xalis mənfəəti 747,246 milyard rubl təşkil edib. Bu göstərici 2021-ci illə müqayisədə 72,2% azdır.
"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə şirkət məlumat açıqlayıb.
Eyni dövrdə şirkətin gəliri illik müqayisədə 25% artaraq 7,979 trilyon rubla çatıb.
Əlavə edək ki, 2021-ci ildə "Qazprom" ölkənin ən gəlirli şirkəti seçilib.