2022-ci ildə qiymətli kağızlar bazarının ticarət dövriyyəsi 2021-ci illə müqayisədə 7.8% azalaraq 15.6 mlrd. manat olub.
"Margin.az" Azərbaycan Mərkəzi Bankının "Maliyyə Sabitliyi Hesabatı"na istinadən xəbər verir ki, qiymətli kağızlar bazarında azalmanın əsas drayveri repo/əksrepo əməliyyatları olub.
-
Azərbaycanın qiymətli kağızlar bazarı 8% kiçilib
-
Ölkə banklarının qiymətli kağızlara investisiyaları 7 mlrd. manatı ötüb
Belə ki, 2022-ci ildə repo/əks-repo əməliyyatları 29.7% (2.1 mlrd. manat) azalaraq 5.1 mlrd. manat olub.
Qeyd edilib ki, bundan əlavə korporativ qiymətli kağızlar bazarının dövriyyəsi 8.6% və ya 0.2 mlrd. manat azalaraq 2.2 mlrd. manat olub. Digər tərəfdən isə dövlət qiymətli kağızlarının dövriyyəsi 14.1% (1.03 mlrd. manat) artaraq 8.3 mlrd. manata çatıb.