Qlobal enerji sektoruna 2,4 trln. dollar sərmayə yatırılacaq

Qlobal enerji sektoruna 2,4 trln. dollar sərmayə yatırılacaq
22 İyun-15:58

Qlobal enerji sektoruna bu il 2,4 trln. ABŞ dolları həcmində sərmayə yatırılacaq, bu da illik müqayisədə 8% çoxdur.

"Margin.az" Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir ki, artım əsasən bərpaolunan enerjinin hesabına baş tutacaq.

Hesabatda qeyd olunub ki, artan investisiyalara baxmayaraq, bu, hazırki enerji böhranının bir çox aspektlərini həll etmək və daha təmiz və təhlükəsiz enerji gələcəyinə yol açmaq üçün kifayət qədər deyil.

"Biz hazırki qlobal enerji böhranını və ya iqlim böhranını görməməzlikdən gələ bilmərik, lakin yaxşı xəbər odur ki, onlar arasında seçim etmək lazım deyil. Eyni zamanda hər ikisini həll edə bilərik. Təmiz enerji keçidini sürətləndirmək üçün investisiyaların böyük artımı yeganə davamlı həlldir", - IEA-nın icraçı direktoru Fatih Birol qeyd edib.