Qlobal neft və qaz sektorunun gəlirləri 4 trln. dollara çatacaq

Qlobal neft və qaz sektorunun gəlirləri 4 trln. dollara çatacaq
22 İyun-17:13

Qlobal neft və qaz sektorunun gəlirləri bu il 4 trilyon ABŞ dollarınadək yüksələcək ki, bu da beşillik orta göstəricidən iki dəfə çoxdur.

“Margin.az” Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir ki, qeyd olunan gəlirlərin böyük hissəsi əsas neft və qaz ixrac edən ölkələrin payına düşəcək.

Hesabatda qeyd olunur ki, neft və qaz şirkətlərinin təmiz enerjiyə xərclərinin payı yavaş-yavaş artır və bu irəliləyiş əsasən Avropanın aparıcı şirkətləri və bir sıra digər şirkətlər tərəfindən idarə olunur.

Əlavə edək ki, Azərbaycanın bu ilin yanvar-may aylarında neft ixracından qazancı 8 milyard 058 milyon 720 min dollar, qaz ixracından qazancı isə 5 milyard 994 milyon 793 min dollar dəyərində olub.