Quru Qoşunlarının komandanı İstanbula yola düşüb

Quru Qoşunlarının komandanı İstanbula yola düşüb
13 Oktyabr-16:21

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb.

"Margin.az" Müdafiə Nazirliyinə istinadən xəbər verir.

General Ə.Əfəndiyev İstanbulda keçirilən "Avrasiya sülhü - 2021" təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.