Azərbaycanın buğda idxalına çəkdiyi xərc 49% artıb

Azərbaycanın buğda idxalına çəkdiyi xərc 49% artıb
17 Avqust-12:30

Azərbaycana bu ilin yanvar-iyul ayları ərzində 154 milyon 660 min ABŞ dolları dəyərində 429 min 806.11 ton buğda idxal edilib.

"Margin.az " Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 49%, həcmi isə 5,1% artıb.

Əlavə edək ki, bu ilin yeddi ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,65%-nə bərabər olub.