Yaşıl enerjinin inkişafı dünyada 100 milyon iş yeri yarada bilər

Yaşıl enerjinin inkişafı dünyada 100 milyon iş yeri yarada bilər
01 Fevral-16:06

Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi 2030-cu ilə qədər dünyada 100 milyona yaxın iş yerinin yaradılmasına töhfə verəcək.

"Margin.az" "The National"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatında qeyd olunub.

Karbon qazının toplanması və saxlanması sahəsində çalışan mütəxəssislərin sayının artacağı proqnozlaşdırılır. Bildirilib ki, 2016-2021-ci illər arasında külək enerjisi mütəxəssislərinin və günəş enerjisi üzrə məsləhətçilərin sayı hər il müvafiq olaraq 24% və 23% artıb.

Hesabata əsasən, bərpa olunan enerjiyə keçid iqtisadiyyatın müvafiq texnologiyalardan istifadə ilə birbaşa əlaqəsi olmayan sahələrində iş yerləri yaradacaq.

Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, 2021-ci ilə qədər bərpa olunan enerji sənayesində çalışan işçilərin sayı 12,7 milyon nəfər olub .Belə iş yerlərinin üçdə ikisi isə Asiyada yaradılıb.