Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirilə bilər

Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşü keçirilə bilər
20 Mart-17:10

Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilə bilər.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, Mirozyanla danışıqlarda XİN başçılarının üçtərəfli görüşünü müzakirə etdiklərini qeyd edib:

"Erməni həmkarlarımız bu günlərdə Baş nazir Nikol Paşinyan tərəfindən mətbuat konfransında səslənən "Ermənistan bu cür görüşün keçirilməsinə hazırdır" bəyanatını təsdiqlədilər. Hesab edirəm ki, yaxın vaxtlarda hansı tarixlərin üç nazirin hamısının qrafiklərinə uyğun olmasına baxacağıq".