Rusiya Azərbaycana taxıl ixracına qadağa qoydu

 Rusiya Azərbaycana taxıl ixracına qadağa qoydu
26 Sentyabr-14:33

Bu ilin əvvəlindən Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") xəstəliyin aşkarlanmasına görə Azərbaycan, Qazaxıstan və Qırğızıstan Respublikasına 654 tondan çox taxılın ixracına qadağa qoyub.

"Margin.az" xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumata görə, "Rosselxoznadzor" bu ay Qazaxıstana tədarük üçün nəzərdə tutulan buğda partiyalarının tərkibində zərərverici aşkar edilib. Bununla əlaqədar olaraq, bu üç ölkəyə buğda daşımalarının ixracına qadağa qoyulub.