Rusiya bazarını tərk edən və ya ölkədə fəaliyyətini məhdudlaşdıran xarici şirkətlərin itkiləri fevralın sonundan etibarən 200-240 milyard dollar həcmində qiymətləndirilir.
"Margin.az" xəbər verir ki, bu barədə Rusiya Strateji Araşdırmalar Mərkəzi hesablamalar aparır.
Ən böyük itkiləri ABŞ, Böyük Britaniya və Almaniyadan olan şirkətlər üzrədir. Hesabata görə, Rusiyada işləyən ən böyük xarici şirkətlərin 34%-i fəaliyyətini məhdudlaşdırıb.