Rusiya büdcəsində kəsir yarandı

Rusiya büdcəsində kəsir yarandı
22 Sentyabr-15:51

Rusiyanın federal büdcəsində ötən ay 360 milyard rubl (5,9 milyard dollar) kəsir yaranıb.

"Margin.az" xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Reşetnikov bildirib.

Hesabat dövründə ölkənin qaz və neftdən büdcə gəlirləri 18%, qeyri-enerji sektorundan gəlirləri isə 37% azalıb. Bundan əvvəl Rusiyanın Baş naziri Mixail Mişustin gələn il 3 trilyon rubl (təxminən 50 milyard dollar) həcmində büdcə kəsiri gözlədiklərini açıqlayıb.

Əlavə edək ki, bu ilin birinci yarısında Azərbaycanın dövlət büdcəsində 1 268,9 milyon manat qalıq yaranıb. Bu isə 1 il əvvələ nisbətən 7,7 dəfə çoxdur.