Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 29,8% artıb

Sentyabr ayında Rusiya ilə Çin arasında ticarət tövriyyəsinin həcmi 13,468 milyard dollar təşkil edib.
Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 29,8% artıb
13 Oktyabr-10:29

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi bu ilin üç rübündə illik 29,8% artaraq 102,529 milyard dollara çatıb.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Məlumata görə, yanvar-sentyabr aylarında Rusiyanın Çinə ixracı 32,4% artaraq 47,401 milyard dollar təşkil edib. Rusiyanın Çindən mal idxalı 27,6% artaraq 55,128 milyard dollara çatıb.

Hesabata əsasən, sentyabr ayında Rusiya ilə Çin arasında ticarət tövriyyəsinin həcmi 13,468 milyard dollar təşkil edib.