Rusiya ilk pilotsuz helikopterini təqdim edib

Rusiya ilk pilotsuz helikopterini təqdim edib
20 İyul-16:32

Rusiya ilk pilotsuz helikopter tipli dronunu təqdim edib.

"Margin.az" "Tass"a  istinadən xəbər verir ki, bu barədə Rusiya Helikopterlər Holdinqi məlumat yayıb.

Bildirilib ki, "BAS-200" adlı helikopter-dronun çəkisi 200 kq-dır və 160 km/s-a qədər sürətə malikdir. Bundan əlavə, 50 kq-a qədər yük qaldırma gücünə sahib olan dron  4 saata qədər uçuşlar həyata keçirir.

Helikopterdən ərazilərin monitorinqi, yük daşınması və axtarış-xilasetmə işlərində istifadə olunacaq.