Rusiya və İslam ölkələrinin iqtisadi nümayəndələri görüşəcəklər

Rusiya və İslam ölkələrinin iqtisadi nümayəndələri görüşəcəklər
17 İyul-17:56

Rusiya və İslam ölkələrinin iqtisadi nümayəndələri Rusiyanın Kazan şəhərində bir araya gələcəklər.

"Margin.az" "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, iyulun 28-dən 30-dək baş tutacaq "KazanSummit 2021"  görüşündə beynəlxalq təşkilatlar, dövlət və maliyyə qurumlarının nümayəndələri, səfirlik rəsmiləri, siyasətçilər, investorlar və iş adamları bir araya gələcək.

Məlumata görə, görüş eyni zamanda yeni iş birliklərini də hədəfləyir. 

Əlavə edək ki, görüş sonuncu dəfə 2019-cu ildə keçirilib və 72 ölkədən 5 min nəfər qatılıb.