Rusiyada elektrik istehlakı 6,5% artıb

Rusiyanın elektrik istehlakı ötən ilin göstəricilərini üstələyərək 83,3 milyard kilovat/saat təşkil edib.
Rusiyada elektrik istehlakı 6,5% artıb
02 Avqust-18:35

Rusiyada bu ilin iyul ayında elektrik istehlakı ötən illə müqayisədə  6,5% artaraq 83,3 milyard kilovat/saat olub.

"Margin.az"  Rusiya mətbuatına istinadən  xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyindən məlumat verilib.

"Rusiyada 2021 -ci ilin iyul ayında elektrik istehlakı 83,3 milyard kilovat/saata yaxın olub ki, bu da əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə 6,5 faiz çoxdur, bu dövrdə elektrik enerjisi istehsalı 7 faiz artaraq 84,6 milyard kilovat/saata çatıb" - deyə nazirlik qeyd edib.

Eyni zamanda, bu ilin 7 ayı ərzində enerji istehlakı illik olaraq 5,3% artaraq 636,3 milyard kilovat/saata, istehsal isə 6,2% artaraq 649 milyard kilovat/saata çatıb.