"Samsung" yeni smartfonlarını təqdim edib

02 Fevral-11:58

Cənubi Koreyanın "Samsung" şirkəti San-Fransiskoda keçirilən təqdimat mərasimində bir sıra yeni smartfonlarını - "Galaxy S23", "Galaxy S23 Plus" və "Galaxy S23 Ultra"nı təqdim edib.

"Margin.az" TASS-a istinadən xəbər verir ki, şirkət həmçinin "Galaxy Book" noutbuklarını - "Samsung Galaxy Book 3" və "Book 3 Ultra" seriyasını təqdim edib.

Ən qabaqcıl smartfon modeli olan "Samsung Galaxy S23 Ultra" beş kameraya malikdir. Smartfon 12 GB RAM, 256 GB, 512 GB və 1 TB yaddaşla mövcuddur. "Galaxy S23 Plus" həmçinin 8 GB RAM, 256 GB və 512 GB yaddaşla təchiz olunub.

Eyni zamanda, yeni smartfon seriyasının Rusiyada rəsmi satışı planlaşdırılmır.

Əlavə edək ki, ötən ilin yaz ayında şirkət Rusiyaya smartfon tədarükünü dayandırıb.