Səfir: “Aİ regionda uzunmüddətli və sabit sülhün bərqərar olmasında maraqlıdır”

Səfir: “Aİ regionda uzunmüddətli və sabit sülhün bərqərar olmasında maraqlıdır”
17 May-11:32

“Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sabitliyin olmasında maraqlıdır”.  

“Margin.az” xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko Bakıda keçirilən “Aİ-Azərbaycan” biznes forumunda çıxışı zamanı bildirib.

“Biz regionda uzunmüddətli və sabit sülhün bərqərar olmasında maraqlıyıq. Aİ münaqişədən zərər çəkmiş regionlarda həyata keçirilən layihələrə dəstək verməklə bu məsələyə öz töhfəsini verir. Biz, həmçinin pandemiyadan sonra bərpa işlərini dəstəkləyirik”, - səfir deyib.