Şəhərdə məskunlaşan əhalinin sayı artıb

Şəhərdə məskunlaşan əhalinin sayı artıb
23 Oktyabr-15:31

Son 50 ildə qlobal miqyasda urbanizasiya nisbətlərində sürətli artım müşahidə olunub və bu tendensiyanın növbəti 30 ildə də davam edəcəyi gözlənilir.

"Margin.az" xəbər verir ki, bu barədə Dünya Bankının əmtəə bazarları üzrə yenilənmiş hesabatında qeyd olunub.

Hesabata görə, şəhərdə yaşayan əhalinin xüsusi çəkisinin artması daha çox enerji istehlakı ilə əlaqələndirilir. Buna baxmayaraq, yüksək sıxlığı olan şəhərlərdə adambaşına düşən enerji istehlakı daha az məskunlaşan bölgələrə nisbətən daha aşağıdır. Son 50 ildə şəhərlərdə yaşayan əhalinin sayı 37%-dən 56%-ə yüksəlib.

Ümumiyyətlə şəhərlərdə məskunlaşan insanların sayı 3 milyard artıb. Bu artım xüsusilə inkişaf etməkdə olan ölkələrdə müşahidə olunur. Belə ki, bu ölkələrdə şəhərdə yaşayan əhalinin sayı təxminən iki dəfə artaraq 27%-dən 52%-ə yüksəlib.

Açıqlamaya görə, bu il ən çox Çinin şəhərlərində insanların sayı artıb. Ölkənin şəhərlərində məskunaşan insanların sayı bu il 700 milyonu ötüb. Çində şəhər əhalisinin sayı 1970-2020-ci illər arasında 17 faizdən 61 faizə qədər artıb.

Hesabda qeyd olunub ki, şəhər əhalisinin sayı qlobal miqyasda 68%-ə çatıb.