Misirin şəkər ixracını məhdudlaşdırması qlobal tədarükləri sərtləşdirəcəyi ilə bağlı narahatlıqları artırıb. Buna görə də dünyada şəkərin qiyməti son 6 ilin ən yüksək səviyyəsinə çatıb.
"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, Misirdə şəkərin ixracı üç ay müddətinə məhdudlaşdırılıb.
Misir şəkər ticarətində nisbətən kiçik ixracatçı olsa da, məhdudlaşdırma qərarının təxminən 250 min ton şəkər ticarətinə təsir edəcəyi gözlənilir. Qərarın qəbulundan sonra şəkərin fyuçersləri Londonda 2,2% bahalaşıb.