Sel Almaniyaya nə qədər zərər vurub?

Sel Almaniyaya nə qədər zərər vurub?
21 İyul-17:18

Sel Almaniya iqtisadiyyatına 5 milyard avroya qədər zərər vurub.

“Margin.az” "TASS"a  istinadən xəbər verir ki, bu barədə Almaniya Sığortaçılar Birliyi məlumat yayıb.

Bildirilib ki, hazırki hesablamalara əsasən, zərərin 4-5 milyard arası olduğu düşünülür.

Əlavə edək ki, iyulun 12-də başlayan güclü yağışlar Almaniyanın bir sıra şəhərlərinə ciddi ziyanvurub. Sel səbəbilə 170 nəfər həyatını itirib.