“Shell” ən böyük bioyanacaq zavodlarından birini inşa edəcək

Şirkət 2030-cu ilə qədər adi yanacaq istehsalını 55% azaldacaq.
“Shell” ən böyük bioyanacaq zavodlarından birini inşa edəcək
17 Sentyabr-16:35

"Shell" neft şirkəti 2030-cu ilə qədər Avropanın ən böyük bioyanacaq zavodlarından birini inşa edəcək.

"Margin.az" xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata görə, 2030-cu ilə qədər şirkət adi yanacaq istehsalını 55% azaldacaq."Royal Dutch Shell" Hollandiyada dayanıqlı aviasiya yanacağı və tullantılardan bərpa olunan dizel istehsal etmək üçün Avropanın ən böyük bioyanacaq zavodlarından birini inşa edəcək.

Zavodda illik 820 min ton bioyanacaq istehsal edilməsi planlaşdılır. Bundan əlavə, zavodda 2.8 mln. ton karbon qazı (CO2) tullantısının qarşısını almaq üçün bərpa olunan dizel istehsal ediləcək.