Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə bu ilin yanvar-avqust aylarında 654,9 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə sektorun ən çox yığım edən şirkəti "PAŞA Həyat Sığorta" ASC olub.
Belə ki, şirkətin hesabına 278,9 milyon manat sığorta haqqı toplanılıb. Sektorun ən az yığım edən şirkəti isə "Meqa Həyat Sığorta" ASC (1,3 milyon manat) olub.
Bu dövrdə ən çox sığorta yığımı edən 5 şirkətin siyahısı belədir:
"PAŞA Həyat Sığorta" – 278,9 milyon manat
"PAŞA Sığorta" – 153,5 milyon dollar
"Atəşgah Həyat Sığorta" – 33,1 milyon manat
"Qala Sığorta" – 30,4 milyon manat
"Xalq Sığorta" – 26,1 milyon manat