Sığorta sektorunun balans kapitalı 500 mln. manata çatıb

Sığorta sektorunun balans kapitalı 500 mln. manata çatıb
20 Mart-15:58

2022-ci ildə sığorta sektorunun (müstəsna təkrarsığortaçı ilə birlikdə) balans kapitalı 499 mln. manat, məcmu kapitalı isə 333 mln. manat təşkil edib.

"Margin.az" Azərbaycan Mərkəzi Bankının "Maliyyə Sabitliyi Hesabatı"na istinadən xəbər verir ki, həyat sığortası üzrə məcmu kapital tələb olunan kapitaldan 2 dəfə (60 mln. manat) yüksək olaraq 118 mln. manat təşkil edib.

Qeyd edilib ki, analoji göstərici qeyri-həyat sektoru üçün isə 47% (52 mln. manat) yüksək olaraq 162 mln. manat təşkil edib.