Sığorta sektorunun ən çox və ən az yığım edən şirkəti

Sığorta sektorunun ən çox və ən az yığım edən şirkəti
25 İyun-12:32

Azərbaycanın sığorta bazarında bu ilin yanvar-may ayları ərzində 426 milyon 638 min manat sığorta haqqı toplanılıb.

“Margin.az” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə şirkətlərin sığorta ödənişlərinin həcmi 129,1 milyon manat olub.

Hesabat dövründə toplanmış sığorta haqqlarının 179 milyon 671 min manatı “Paşa Həyat Sığorta”nın payına düşüb. Bununla  “Paşa Həyat Sığorta” sektorun ən çox yığım edən şirkəti olub. Şirkətin sığorta ödənişi isə 41 milyon 506 min manat təşkil edib.

Məlumata görə, bu ilin ilk 5 ayı ərzində ən az yığım edən şirkət “Meqa Həyat Sığorta” (681 min manat) olub. Şirkət bu dövrdə sığorta ödənişi həyata keçirməyib.