Sığorta sektorunun ən kiçik şirkəti yığımlarını 5 dəfə artırıb

Sığorta sektorunun ən kiçik şirkəti yığımlarını 5 dəfə artırıb
03 Dekabr-14:04

Azərbaycanda bu ilin yanvar-oktyabr aylarında ən az yığım edən şirkət "Mega Həyat Sığorta" olub.

"Margin.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə şirkətin yığımları 2,1 milyon manat məbləğində olub.

Məlumata görə, bu, ötən ilin 10 ayı ilə müqayisədə 5,2 dəfə çoxdur.

Əlavə edək ki, şirkətin yanvar-oktyabr ayları ərzində ödənişləri 3 min manat olub.