Şimali Koreya ərzaq çatışmazlığı ilə üzləşib

İstilər və quraqlıq səbəb ilə Şimali Koreyada ərzaq qıtlığı yaranıb
Şimali Koreya ərzaq çatışmazlığı ilə üzləşib
03 Avqust-16:26

Şimali Koreya ərzaq çatışmazlığı səbəbindən hərbi hissələr üçün ayrılmış düyülərdən istifadə etmək məcburiyyətində qalıb.

"Margin.az"  Ukrayna mətbuatına istinadən  xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Bildirilib ki, ölkədə davam edən istilər və quraqlıq səbəbilə heyvandarlıqda,düyü və qarğıdalı kimi bitkilərinin becərilməsində qıtlıq müşahidə olunub. 26 milyon əhalisi olan Şimali Koreyanın  təxminən 5,5 milyon ton ərzağa ehtiyacı var.

Taxıl çatışmazlığı ilə mübarizədə hökumət aztəminatlı vətəndaşlara, işçilərə və kənd müəssisələrinə müharibə üçün hazırlanan məhsullardan verir.

Məlumata görə, ilin əvvəlində Şimali Koreyada düyünün qiyməti iki dəfə artıb və iyuldan sonra yenidən artmağa davam edir.

Jurnalistlər qeyd edirlər ki, ərzaq çatışmazlığı Çinlə sərhədin bağlanması ilə əlaqələndirilir ki, əvvəllər bu yolla qaçaqmal yolu ilə ərzaq tədarükü edilirdi. Bununla yanaşı, koronavirus pandemiyası ilə əlaqədar məhdudiyyətlər səbəbindən 2020-ci ildə Şimali Koreya və Çin arasında ticarət dövriyyəsi 80% azalıb.